EN

Rusiyanın vəzifəcə dördüncü şəxsi istefa verir?

İnternetin Rusiya seqmentində Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin istefası barədə iddialar dolaşır.

Musavat.com xəbər verir ki, formal olaraq bu istefa üçün heç bir əsas yoxdur- Dumada qanunlar rekord sürətlə qəbul edilir və Volodinin parlament fraksiyaları üzərində möhkəm nəzarəti var.

Amma bir məsələ də var ki, Rusiyanın yeni tarixində heç kim Döblət Dumasının spikeri postunu 10 ildən çox tutmayıb. Boris Qrızlov 8 il, digərləri isə daha az müddətdə bu postu tutub. Volodinin isə 2016-cı ilin oktyabr ayından bəri spikerdir.

Picture

Təxminən on il ərzində Volodin Dövlət Dumasını tamamilə itaətkar icra hakimiyyəti alətinə çevirib. O, ölkə liderinə birbaşa çıxışı ilə Prezident Administrasiyanın ən nüfuzlu siyasi oyunçularından biri olaraq da qalır. Prezident Administrasiyası onu məhz bu “effektivliyinə” görə qiymətləndirir: onun rəhbərliyi altında Dövlət Duması müzakirə yeri deyil, Kremlin ehtiyac duyduğu sürətli qərarlar qəbul etmək yeridir. O da xüsusi vurğulanır ki, Volodinin siyasi sistemdən kənar gedəsi yeri, yəni biznesi var və tamamilə qorunur.

Volodin siyasətə qoşulmaq qərarına gəldikdə, "Solneçnıe Produkty" neft və yağ holdinq şirkətindəki payını uzun müddətli Saratov ortağı və dostu Vladislav Burova ötürdü. 2007-ci ildə spiker (o vaxt hələ də deputat idi) rəsmi olaraq özünün və anasının səhmlərini təxminən 200 milyon dollar dəyərində qiymətləndirdiyi məbləğə satdı. Formal olaraq, Burov yeganə sahib oldu. Bu, tam olaraq satış deyil, "saxlanılmaq üçün" dövr etmək idi: Burov biznesi saxlamalı və zərurət yarandıqda onu qaytarmalı və ya gəliri bölüşərək mənfəətlə satmalı idi. Daha sonra Volodin özü açıq şəkildə kommersiya fəaliyyətindən tamamilə imtina etdiyini elan etdi.

Amma Burov böyüyən biznesdə bəzi nəzarəti əldən verdi və fırıldaqçılıqla üzləşdiyini dedi. Onun şikayəti əsasında 2023-cü ildə iki biznesmen-Moşkoviç və Basov haqda cinayət işi açılmış, lakin uzun müddət dayandırılmışdı. 2025-ci ilin mart ayında isə Moskvanın Meşçanski Məhkəməsi Moşkoviç və Basovu yenidən 25 maya qədər həbs etdi. Pərdəarxası olaraq, cinayət təqibinin arxasında Volodinin dayandığına şübhə yoxdur. Çünki Burov sadəcə “keçmiş ortaq” deyil, Volodin ailəsinin dostudur. Daxili İşlər Nazirliyində və “FSB”-də işləri yoluna qoymaq üçün lazımi düymələri basan spiker idi. Rusiya mediası yazır ki, Volodin ehtimal ki, ya aktivlər üzərindəki nəzarətin bir hissəsini bərpa edib, ya da siyasi həyatdan təqaüdə çıxması halında onlar üçün zəmanət alıb.

Sonda qeyd edək ki, Volodin Prezident, baş nazir və Federasiya Şurasının spikerindən sonra Rusiyada vəzifəcə dördüncü şəxs sayılır.

Musavat.com

Chosen
17
50
musavat.com

10Sources