EN

Şəmkirdə yük və minik maşını toqquşdu FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Qazel "markalı yük avtomobili ilə "Mercedes "markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük maşını yolun hərəkət hissəsinə aşıb, "Mercedes" isə yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
9
avtosfer.az

10Sources