EN

İran Uitkoffu rədd edir Venslə danışmaq istəyir

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran qeyri-rəsmi kanallar vasitəsilə Donald Tramp administrasiyasına hazırkı ABŞ nümayəndələri Stiv Uitkoff və Carred Kuşnerlə danışıqları bərpa etmək istəmədiyini, vitse-prezident C.D. Vensə üstünlük verdiyini çatdırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla CNN məlumat yayıb.

İki mənbəyə görə, Tehran xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerlə dialoqda maraqlı deyil. Bu, İsrail və ABŞ ilə İran arasında hərbi əməliyyatlar başlamazdan əvvəlki danışıqların pozulmasından sonra yaranan dərin inamsızlıqdan irəli gəlir.

Niyə Vens? Mənbələr qeyd edir ki, İran Vensi digər ABŞ nümayəndələri, xüsusən də Dövlət katibi Marko Rubiodan daha çox kompromis axtarmağa və münaqişəyə son qoymağa meylli hesab edir. Bir mənbə deyib ki, "Görünür, Vens münaqişəyə son qoymaqda qərarlıdır".

Lakin, hətta bu variantın tərəfdarları belə Vensin iştirakının riskli olduğunu qəbul edirlər, çünki müharibəyə real olaraq son qoymaq olduqca çətin olacaq.

CNN qeyd edir ki, Tehranın istəklərinə baxmayaraq, son qərar Trampa aiddir. Ağ Ev artıq məhz onun danışıqlar qrupunun tərkibini müəyyən edəcəyini açıq şəkildə bildirib. Administrasiyanın mətbuat katibi deyib ki, prosesdə bir neçə şəxs - Vens, Rubio, Uitkoff və Kuşner iştirak edəcək.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
azpolitika.info

1Sources