EN

İran ABŞ nin 15 maddəlik planı ilə bağlı xəbəri təkzib etdi

ain.az bildirir, Sherg.az portalına istinadən.

İran ABŞ ilə danışıqlar aparmır.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“İranla ABŞ arasında danışıqlar aparılmayıb. İrana qarşı qanunsuz müharibənin başlamasından bəri - son 25 gün ərzində heç bir danışıq olmayıb”, - o deyib.

İsmayıl Bəqayi qeyd edib ki, indiyədək ABŞ ilə danışıqlar təcrübəsi İran üçün fəlakətli olub.

“New York Times” qəzeti bundan əvvəl rəsmi mənbələrə istinadla iddia etmişdi ki, Vaşinqton müharibənin dayandırılması üçün Tehrana 15 bəndlik plan təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
sherg.az

10Sources