EN

Zaur Naxçıvanski “qanuni oğru” adını inkar etdi – Səbəb

Atası Sabirabadlı Hikmətlə birgə qətlə yetirilən Zaur Şpilovun mühakiməsi qalmaqalla başladı

Azərbaycanlı “qanuni oğru” Zaur Naxçivanski kimi tanınan Zaur Şipilovun məhkəməsi başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Orenburq Vilayət Məhkəməsində proses başlayan kimi Zaur Naxçıvanski məlumatları təhrif etmələrinin qarşısını almaq üçün” jurnalistlərin məhkəmə zalından çıxarılmasını tələb edib. “Mən onların ucbatından həbsdəyəm. Onlar hər şeyi təhrif edirlər, necə istəsələr, elə təqdim edirlər”, – Şipilov bildirib.

Picture

Vəkil Mariya Qayvoronskaya da vəsatəti dəstəkləyib. Məhkəmə foto və video çəkilişini qadağan etsə də, jurnalistlərin məhkəmə zalında iştirakına və səs yazılarına icazə verib.

İttiham tərəfinin məlumatına görə, 2013-cü ilin yayında Zaur Şipilov Türkiyədə olarkən “tacqoyulmuş”, yəni Rusiyada və keçmiş Sovet respublikalarında qurulmuş cinayətkar iyerarxiyada ən yüksək vəzifəni tutaraq “qanuni oğru” statusu almışdır. İddialara görə, ona Dato Surqutski, Jorjikiç, Hasik, Hacı Beyləqanski və Rövşən Lənkəranski tanınan “qanuni oğrular” “tac qoyub”. Dövlət ittihamçısının sözlərinə görə, bu statusu 2013-cü ildə almış Şipilov, Cinayət Məcəlləsinə yeni maddə daxil edən yeni qanun qüvvəyə mindikdən sonra, 2019-cu ildən sonra da istifadə etməyə davam edib. Həmin qanuna görə isə “cinayət iyerarxiyasında yüksək vəzifə” tutursa, onu 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir. Bu qanundan əvvəl “mən qanuni oğruyam” demək zərurət idisə, indi xüsusilə məhkəmədə belə bir “etiraf” gərəksizdir. Ona görə Şpilovun məhkəmədə dedikləri anlaşılandı.

İttiham tərəfinin iddiasına görə, Şipilov qanuni oğru kimi bir sıra funksiyaları yerinə yetirib: məsələn, o, “cinayətkar ənənələri aşılayıb” və onların həbsxanalarda tətbiqini tələb edib, “cinayətkar icma daxilində sözdə obşçak və ya qarşılıqlı yardım fondunun yaradılmasında” iştirak edib, Orenburq vilayətinin müəyyən əraziləri üçün məsul olan “nəzarətçilər” və ya cinayətkar orqanlar təyin edib və müxtəlif cinayətkar qruplar arasındakı mübahisələrdə hakim kimi çıxış edib.

Prosesdə ittiham tərəfinin adından Federal Penitensiar Xidmətin (FSIN) üç əməkdaşı ifadə verib.

Onlar Zaur Naxçıvanskinin 12 il əvvəl Türkiyədə “qanuni oğru” statusunu aldığını deyiblər ki, bu da vəkilin replikasına səbəb olub: “Bəs bunu sizə deyənlərdən kimsə “tacqoyma mərasimini” görübmü?” “Bizə gələn hər kəs artıq bilir ki, bizdə “qanuni oğru” var”, – Şipilovun hazırda saxlanıldığı 1 saylı İstintaq Təcridxanasının əməliyyat rəisi deyib.

Məhz buna görə də təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxslərlə əlaqə saxlamasının qarşısını almaq üçün təkadamlıq kameraya salınıb. Hər üç şahidin sözlərinə görə, Şipilov istintaq təcridxanasına gətiriləndə kamera qarşısında “qanuni oğru” olub-olmadığı soruşulub. O, “bəli, mən oğruyam” cavabını verib. Eyni zamanda, onun döymələrinin, o cümlədən dizlərinə vurulmuş səkkizguşəli ulduzların fotoşəkilləri çəkilib. Müstəntiqlər izah ediblər ki, bu, “inkarçı”, yəni qanunu saymayan və həbsxana rəhbərliyinin diktə etdiyi kimi yaşamaqdan imtina edən təsdiqlənmiş cinayətkarın əlamətidir.


Zaur Naxçıvanski isə kamera qarşısında oğru olduğunu dediyi haqda iddiaları təkzib edib.

Məhkəmə təqsirləndirilən şəxsdən ittihamlara cavab verməsini istəyəndə o, bunu daha sonra edəcəyini bildirib.”Mən bunu tamamilə inkar edirəm. Etiraf etmirəm. Daha sonra danışacağam” deyib.

1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan 36 yaşlı Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Zaur Naxçıvanski Rövşən Lənkəranskinin “xaç oğlu” kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan “Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə aşkarlanıb. Şipilova Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən “Matrosskaya Tişina” həbsxanasına göndərilib. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib.\\Musavat.com

Chosen
9
2
nocomment.az

10Sources