EN

“Gəlirin böyük hissəsi sənayedə olub” İqtisadçı

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“2026-cı ilin ilk iki ayının nəticələri göstərir ki, Azərbaycanda iqtisadi inkişafda qeyri-neft sektoru drayverə çevirilməkdədir. Bu dövrdə neft-qaz sektorunda həm ÜDM, həm də sənaye istehsalı azalsa da enerjidən kənar sektorlar inkişafı dəstəkləyiblər”.

Bakupost.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı deputat Vüqar Bayramov açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, 2026-cı ilin yanvar-fevral aylarında ÜDM neft-qaz sektorunda 1.7 faiz azalsa da, qeyri neft-qaz sahəsində isə 1,4 faiz artıb. Nəticədə, ümumi iqtisadiyyatda artım tempi qorunub saxlanılıb:

“Qeyri neft-qaz sektorunda daha böyük artımlar sənayedə qeydə alınıb. Belə ki, bu müddətdə qeyri neft-qaz sektorunda sənaye istehsalı 7.4 faiz artıb, enerji sahəsində isə 0.8 faiz azalma qeydə alınıb. ÜDM-də olduğu kimi, sənayedə də qeyri-neft sektoru hesabına artım qeydə alınıb”.

“Son həftələr dünya bazarında neftin qiymətinin yüksək olmasına baxmayaraq, son göstəricilər də təsdiq edir ki, iqtisadiyyatın diversifikyasiyası daha da prioritetləşməkdədir. Enerji bazarında qiymət tarazlığının necə olmasından asılı olmayaraq, dayanıqlı və inkluziv inkişafın əsasını məhz güclü qeyri neft-qaz sektoru formalaşdıra bilər”, – deyə iqtisadçı bildirib.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
www.bakupost.az

1Sources