EN

Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı AVF-nin mətbuat xidməti yayıb.

İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın "Kuçine Lube" və Polşanın "Aluron" komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

Qeyd edək ki, bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaq.

Chosen
11
18
fanat.az

10Sources