EN

Bu ölkədən it-pişik yemi almaq üçün milyonlar xərcləyirik

Rusiya it və pişik yemi üzrə yeni ixrac rekordu vurub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  hesablamalara görə, Rusiya 2025-ci ildə 256 milyon dollar dəyərində 106.000 ton pişik və it yemi ixrac edib.

2024-cü illə müqayisədə ixrac dəyər baxımından 23% artıb. Ən çox it və pişik yemi alan ölkələr arasında Belarus (176 milyon dollar), Qazaxıstan (48 milyon dollar), Özbəkistan (9,4 milyon dollar), Qırğızıstan (6,4 milyon dollar) və Azərbaycan (5,7 milyon dollar) yer alıb. (Modern.az)

Chosen
7
3
fed.az

4Sources