EN

İran XİN: İran ABŞ-la heç bir danışıqlar aparmır

İran ABŞ-la danışıqlar aparıldığı barədə yayılan məlumatları təkzib edib.

Bunu İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Baqai “India Today” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

“İran ilə ABŞ arasında heç bir danışıqlar yoxdur və İran əleyhinə başlanan qanunsuz müharibədən ötən 25 gün ərzində də belə olmayıb”, – o qeyd edib.

Baqai əlavə edib ki, ABŞ-la danışıqlar təcrübəsi İran üçün “fəlakətli” olub.

“Biz nüvə məsələsini həll etmək üçün danışıqlar apararkən, qısa müddət ərzində iki dəfə hücuma məruz qalmışıq. Bu diplomatiyaya qarşı xəyanət idi. Bu, İranda hazırda məşhur ifadədir, çünki bu hadisə bir dəfə deyil, iki dəfə baş verib. Heç kim ABŞ diplomatiyasına güvənə bilməz”, – İran rəsmisi vuğulayıb.

APA

Chosen
24
10
editor.az

10Sources