EN

Rusiyanın ən böyük neft limanıVURULDU

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına hücum edib.

Redaktor.az xəbər verir ki, zərbə nəticəsində ölkənin ən böyük neft ötürmə terminallarından birində yanğın baş verib.

Qeyd olunur ki, Ust-Luqa limanı Baltik dənizi sahilində yerləşir və Rusiyanın ən böyük limanı olmaqla yanaşı, yük dövriyyəsinə görə ölkədə ikinci yerdədir.

Məlumata görə, liman vasitəsilə xam neft, neft məhsulları, maye kimyəvi maddələr, ammonyak və karbamidlə yanaşı, kömür, mineral gübrələr, dəmir filizi, taxıl və digər yüklər daşınır.

Bildirilib ki, 2025-ci ildə limanın ümumi yük dövriyyəsi 130,5 milyon ton təşkil edib.

Hadisə ilə bağlı əlavə məlumatlar hələlik açıqlanmayıb.

Chosen
26
1
redaktor.az

2Sources