EN

Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib

Voleybol hakimləri üçün təşkil olunan üçmərhələli seminarın yekun mərhələsi keçirilib.

Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlimdə 23 nəfər iştirak edib.

Seminarın sonuncu mərhələsi federasiyanın AVF-nin Hakimlər Komissiyasının sədri, Eldar Zülfüqarov və federasiyanın Hakimlər Komissiyasının sədr müavini Zaur Hacıyev tərəfindən aparılıb. Beynəlxalq dərəcəli hakimlər voleybol qaydalarının incəliklərini izah edərək iştirakçıların suallarını cavablandırıb və onlardan test imtahanı götürüblər.

Yüksək nəticə göstərən iştirakçılar yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinin oyunlarına təyinat alacaqlar.

Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.

"Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar

Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb

Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib

XVII tura start verilib

Bakıda məşqçilər üçün seminar keçiriləcək

Chosen
15
6
apasport.az

7Sources