EN

Tərtərdə qəza- 2 qardaş ölüb

Tərtərdə ağır qəza olub.

Hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib. Belə ki, ağır yol qəzası nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və qardaşı 1971-ci il təvəllüdlü Yunus Ağayev ölüb.

1991-ci il təvəllüdlü Ağayev Sənan və Aslanova Könül müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.

Chosen
10
20
anews.az

10Sources