EN

Baş Dövlət Yol Polisi İdarəsindən yağıntılı hava ilə bağlı xəbərdarlıq!

Baş
Paytaxtda və bölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edilib. 1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, hazırda Bakı şəhərində, eləcə də respublikanın bir sıra bölgələrində yağış yağır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.
Bildirilib ki, bu cür hava şəraiti yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edir. Sürücülərdən hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumaq, qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək, yağışlı və dumanlı hava şəraitində işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, eləcə də zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmamaq xahiş olunur. Piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçmək, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirmək, xüsusilə qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olmaq tövsiyə edilir.

Qeyd olunub ki, çətin hava şəraitində yolda atılan hər bir düzgün addım insan həyatının qorunmasına xidmət edir. Qaydalara əməl etməklə təhlükəsizliyi birlikdə təmin etmək mümkündür.

Chosen
4
42
1news.az

10Sources