EN

Göyçayda yanğın olub

Göyçayda

Göyçayda yanğın hadisəsi qeydə alınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çayarxı kəndi ərazisində baş verib. Qamışlıq və yabanı kolluq ərazidə başlayan yanğın qısa müddətdə genişlənərək xeyli sahəni əhatə edib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb. Yanğının yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb.

Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Chosen
16
21
1news.az

10Sources