EN

Daşkənddə Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında işgüzar görüşlər keçirilib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda baş tutan aqrobiznes forumu çərçivəsində Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamlarının iştirakı ilə ikitərəfli (B2B və B2G) və çoxtərəfli görüşlər keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirin məqsədi iş adamları arasında birbaşa əlaqələrin qurulmasına, biznes əlaqələrinin genişləndirilməsinə, yeni tərəfdaşlıqların formalaşdırılmasına dəstək olmaq, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını təşviq etməkdir.

“B2B” görüşlərdə meyvəçilik, tingçilik, şərabçılıq, o cümlədən kənd təsərrüfatı texnikası və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan Azərbaycan şirkətləri tərəfindən məhsul və xidmətlər üzrə təqdimatlar keçirilib, potensial tərəfdaşlıq imkanları müzakirə olunub. Görüşlərdə sahibkarlar iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, kənd təsərrüfatı, qida və aqrar sənaye sahələrində ticarət dövriyyəsinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Tərəflər ölkələrindəki əlverişli sərmayə mühiti və ixrac potensialı barədə ətraflı məlumat əldə edib, iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında, aqrar sahəyə investisiya yatırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. İkitərəfli görüşlərdə iş adamları arasında yeni əlaqələr qurulub, bir sıra məsələlərə dair razılıqlar əldə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
8
apa.az

9Sources