EN

Paşinyan: Başımıza gələn müsibətlərin baiskarı Stalindir

Ajans.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib. “2021-ci ildə “vətənpərvərlik modeli” barədə danışmaq fürsətim olmuşdu. Bizim Sovet İttifaqında, İkinci Dünya müharibəsindən sonra və əsasən Üçüncü Respublikada yaşadığımız “vətənpərvərlik modeli” Stalin tərəfindən yaradılıb. Bunun bizimlə heç bir əlaqəsi yoxdur,” - baş nazir qeyd edib. Paşinyanın sözlərinə görə, Ermənistan öz kimliyinə qayıdır və bu kimlik dövlətlə bağlıdır: “Biz Stalin dövrünün “vətənpərvərlik modeli”ndən imtina edirik. Bizim kimliyimiz bizim dövlətimizdir”.
Chosen
10
5
Ajans.az

7Sources