EN

Kuryer-robot dayanacağın bütün şüşələrini sındırdı

ABŞ-da şəhər komfortunun gələcəyi kimi təqdim olun kuryer-robotlar gözlənilən nəticəni verməyə bilər. Çikaqo şəhərində belə robotlardan biri avtobus dayanacağındakı bütün şüşələri sındırıb.

Publika.az xəbər verir ki, həmin anları əks etdirən video sosial şəbəkələrdə güniş müzakirələrə səbəb olub. Çikaqo sakinləri dəfələrlə robotlarının səkiləri zəbt etməsi və potensial təhlükə yaratması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Hadisə şəhər mühitində avtonom qurğuların təhlükəsizliyi və davranışı ilə bağlı narahatlıqları artırıb.

Qeyd edilir ki, həmin robot "Serve Robotics" şirkətinə məxsusdur.

Chosen
22
publika.az

1Sources