EN

Ardıcıl 5 gün iş olmayacaq – Bu tarixdən

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.

30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq.\\bizimmedia

Chosen
8
8
konkret.az

10Sources