ain.az bildirir, Dogru.az portalına istinadən.
May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.
Doğru.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.
Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq.
Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.
30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.
Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.