EN

İrandan şok bəyanat: ABŞ bazaları məhv edilib, hərbçilər...

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir. Musavat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfaqari rezonans doğuran açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, regionda yerləşən ABŞ hərbi bazaları artıq sıradan çıxarılıb və Amerika hərbçiləri bu obyektləri tərk etməyə məcbur qalıblar. Zülfaqari iddia edib ki, ABŞ hərbçiləri hazırda bazalardan kənarda sığınacaqlarda gizlənirlər.

İran rəsmisi bildirib ki, Tehran həmin hərbçilərin yerini müəyyənləşdirmək üçün aktiv axtarış aparır. O, yerli əhalini də bu prosesə qoşulmağa çağıraraq, amerikalı hərbçilərin yerləşdiyi məkanlar barədə məlumat verilməsini istəyib.

Bununla yanaşı, İran tərəfi Vaşinqtondan Yaxın Şərqdəki bütün qüvvələrini tam şəkildə çıxarmağı tələb edib.

Musavat.com

Chosen
32
musavat.com

1Sources