EN

Ronaldo "Real"ın akademiyasına qoşulmayacaq - formasını bərpa etmək üçün məşq edir

"Real" Kriştiano Ronaldo Junioru akademiyasına transfer etməyi planlaşdırmır.

Sportal.az "COPE-yə istinadən xəbər verir ki, 15 yaşlı futbolçu yalnız formasını qorumaq üçün U16 komandası ilə məşq edir və klub onu transfer üçün nəzərdən keçirmir.

Hazırda o, "Əl-Nəssr" akademiyasında çıxış edir, lakin Yaxın Şərqdəki vəziyyət səbəbindən müvəqqəti olaraq məşqlərdən uzaq qalıb. Bu müddətdə Kriştiano Ronaldonun ailəsi Madriddədir.

Qeyd edək ki, ata Ronaldo 2009–2018-ci illərdə “Real”da çıxış edib, bütün turnirlərdə 438 oyunda 450 qol vurub.

saytlarin hazirlanmasi

Chosen
37
1
sportal.az

2Sources