EN

"Bloomberg": ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

ABŞ administrasiyası neft qiymətlərinin 200 dollara qədər yüksəlməsinin ölkə iqtisadiyyatına necə təsir edəcəyini araşdırır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, enerji qiymətlərinin kəskin şəkildə artması ssenarisini modelləşdirmək gərginliyin artdığı dövrlərdə standart prosedurdur və proqnoz deyil.

Belə ki, bu təhlil ABŞ hakimiyyət orqanlarının uzunmüddətli münaqişə də daxil olmaqla bütün mümkün ssenarilərə hazır omasını təmin etmək məqsədi daşıyır.

Agentliyin qeyd etdiyi kimi, İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl belə, maliyyə naziri Skott Bessent münaqişənin neft qiymətlərinin yüksəlməsinə və ABŞ-ın iqtisadi artımına zərər verəcəyindən narahatlığını bildirmişdi. Hətta Bessentin müşavirləri də bu narahatlıqları Ağ Evə çatdırdılar.

Chosen
75
14
far.az

10Sources