EN

Hər səhər edilən bu vərdiş bizi arıqlamağa qoymur

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Artıq çəkidən qurtulmaq üçün yalnız pəhriz saxlamaq kifayət deyil. Bəzən kalori hesablasaq da, çəkinin yerində saymasının səbəbi yanlış səhər vərdişləridir. Nutrisioloq Anna Bodrova bildirir ki, səhər atılan addımlar gün ərzində enerjimizə, hormonlarımıza və iştahamıza birbaşa təsir edir.Demokrat.az xəbər verir ki, onun fikrincə, ən zərərli vərdişlərdən biri oyanan kimi telefona əl atmaqdır. Sosial şəbəkələri izləmək və xəbərləri oxumaq beyində stress hormonu olan kortizolun artmasına səbəb olur. Bu isə gün ərzində şirniyyata meyli və iştahanı artırır. Digər mühüm səhv isə səhər oyananda su içməməkdir. Gecə boyu susuz qalan orqanizmdə metabolizm ləngiyir, onu "işə salmaq" üçün otaq temperaturunda 1-2 stəkan su içmək vacibdir.Səhər yeməyi əvəzinə yalnız qəhvə içmək də arıqlamaq istəyənlər üçün təhlükəlidir. Acqarına qəbul edilən qəhvə kortizolu yüksəldərək sonradan həddindən artıq yeməyə yol açır. Həmçinin, pərdələri açmamaq və hərəkətsizlik də maddələr mübadiləsini zəiflədir. Səhər işığı və yüngül idman hərəkətləri hormonların tənzimlənməsi üçün zəruridir.Nutrisioloq vurğulayır ki, səhər yeməyi çox yüngül olmamalıdır. Yalnız meyvə və ya yoqurtla kifayətlənmək qan şəkərinin qəfil yüksəlib-düşməsinə səbəb olur, nəticədə insan tez acır. Düzgün səhər yeməyi zülal, yağ və karbohidratla zəngin olmalı, insanı ən azı 3-4 saat tox saxlamalıdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
70
demokrat.az

1Sources