Filippinin Energetika Nazirliyi, Yaxın Şərq münaqişəsi səbəbindən davam edən neft qiymətlərinin dəyişkənliyi fonunda yanacaq təhlükəsizliyini gücləndirmək üçün 20 milyard peso (333 milyon dollar) məbləğində təcili yardım fondu yaradacağını bildirib.
"Far.Az"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
"Bu qətiyyətli addım administrasiyanın Filippin xalqını xarici təchizat fasilələrindən qorumaq və ölkə daxilində yanacağın davamlı, adekvat və etibarlı şəkildə mövcudluğunu təmin etmək üçün güclü öhdəliyini nümayiş etdirir", - deyə bəyanatda bildirilir.