EN

ABŞ neftin 200 dollara qədər bahalaşacağı ssenariyə hazırlaşır

ABŞ administrasiyası neft qiymətlərinin 200 dollara qədər yüksəlməsinin ölkə iqtisadiyyatına necə təsir edəcəyini araşdırır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, enerji qiymətlərinin kəskin şəkildə artması ssenarisini modelləşdirmək gərginliyin artdığı dövrlərdə standart prosedurdur və proqnoz deyil.

Belə ki, bu təhlil ABŞ hakimiyyət orqanlarının uzunmüddətli münaqişə də daxil olmaqla bütün mümkün ssenarilərə hazır omasını təmin etmək məqsədi daşıyır.

AzPost.az

Chosen
23
15
azpost.info

10Sources