Dünya bazarlarında neftin qiyməti artıb.
“APA-Economics” xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin qiyməti bir barel üzrə sutka ərzində 2,17% artaraq 92,28 ABŞ dolları olub.
Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti isə 1,88% artaraq 104,14 ABŞ dollarına çatıb.
"Cebheinfo.az"