Polis 53 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb. 1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 25-də ümumi çəkisi 53,8 kiloqrama yaxın narkotik vasitə və 500 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Qeyd olunub ki, narkotiklərlə mübarizə istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.