EN

Gəncədə ev yanıb, ölən var

Gəncədə evdə yanğın olub, tüstüdən zəhərlənib ölən var.

"Unikal"ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

Sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın  zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
23
42
unikal.az

10Sources