EN

Seriyalı istehsal edilmiş ilk KF-21 “Boramae” döyüş təyyarəsi təqdim olunub

Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən seriyalı istehsal edilmiş ilk KF-21 “Boramae” döyüş təyyarəsi təqdim olunub.

Bu barədə “Poliqon” Cənubi Koreya Prezidentinin rəsmi saytına istinadən xəbər verib.

Bildirilib ki, bu münasibətlə KAI şirkətinin müəssisəsində Cənubi Koreyanın Prezidenti Li Ce Myonqun iştirakı ilə təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən prezidentin sözlərinə görə, bu hadisə Cənubi Koreyanın quruda və dənizdə olduğu kimi, artıq havada da öz gücü ilə sülhü qoruyan müstəqil müdafiə mərhələsinə qədəm qoyduğunu göstərir: “Artıq Cənubi Koreya xarici yardımla təmin olunan silahlardan asılı olduğu dövrü geridə qoyaraq, öz texnologiyası əsasında qabaqcıl silah sistemləri inkişaf etdirən və dünyanın maraq göstərdiyi ölkəyə çevrilib. Bu, həqiqətən də qürurvericidir”.

Təqdimat mərasimindən sonra Li Ce Myonq təyyarələrin istehsal sahəsinə baxış keçirib. Prezidentə bildirilib ki, müəssisədə KF-21 ilə yanaşı FA-50 “Fighting Eagle” və T-50 “Golden Eagle” təyyarələri də istehsal olunur.

KAI şirkətinin baş direktoru Kim Conq-Çul qeyd edib ki, illik 50-dən çox təyyarə istehsal etmək imkanları formalaşdırılır və ixrac sifarişlərinin artımına uyğun olaraq investisiyalar davam etdiriləcək. Onun sözlərinə görə, şirkət cari ildə 8 ədəd KF-21 və 19 ədəd FA-50 olmaqla ümumilikdə 27 təyyarə təhvil verməyi planlaşdırır. Növbəti iki ildə isə müvafiq olaraq 31 və 47 təyyarənin çatdırılması nəzərdə tutulur.

Prezident Malayziya (13 ədəd FA-50), Polşa (14 ədəd FA-50) və İndoneziya (4 ədəd T-50) ilə bağlanmış müqavilələr çərçivəsində təyyarələrin istehsal prosesinin plan üzrə davam etdiyini müşahidə edib.

Daha sonra prezidentə Cənubi Koreya istehsalı döyüş təyyarələrinin əsas komponentlərindən biri olan müasir AESA radar və digər avionika sistemlərinin yüksək səviyyədə yerli imkanlarla hazırlanması barədə məlumat verilib.

Bundan əlavə, təyyarələrin sürətli istehsalını və sabit keyfiyyətini təmin edən avtomatlaşdırılmış istehsal prosesləri də nümayiş etdirilib.

Şirkət rəhbəri vurğulayıb ki, yerli olaraq hazırlanmış avtomatlaşdırma texnologiyaları həm etibarlılığı, həm də effektivliyi təmin edir. Xüsusilə gövdənin avtomatik birləşdirilməsi sistemi ön və arxa hissələri mərkəzi gövdəyə uyğunlaşdıraraq yüksək dəqiqliklə birləşdirir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

PkgrQVGYWRZV69c3c63044f389.21546675

EmwaGz3J3nck69c3c630ce0f16.18359760

Chosen
61
poliqon.az

1Sources