Gəncənin Yeni Gəncə qəsəbəsində yaşayış evində baş verən yanğın zamanı tüstüdən zəhərlənərək ölən şəxsin kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, sözügedən şəxs 1960-cı il təvəllüdlü Zaur Məmmədovdur.
Xatırladaq ki, Gəncənin Yeni Gəncə yaşayış massivinin Ələkbər Seyfi küçəsində yanğın baş verib.
Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək həyatını itirib.
Yanğının baş vermə səbəbləri araşdırılır.


Bizim.Media