EN

Azərbaycanın bu universitetindən beynəlxalq UĞUR

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.

Musavat.com xəbər verir ki, AzTU ilk dəfə olaraq “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən reytinqdə yer almış dünyada 2000 nüfuzlu universitet arasında Kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) sahəsində 701–750-ci yerlərdə qərarlaşması yüksək nəticə hesab edilir.

AzTU-nun bu uğura məhz qlobal miqyasda ən yüksək rəqabətə malik Kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə nail olması beynəlxalq səviyyəfdə əldə olunan uğurun əhəmiyyətini xüsusi olaraq artırır.

Qeyd olunan nailiyyət AzTU-da kibertəhlükəsizlik, informasiya texnologiyaları və kompüter elmləri, süni intellekt istiqamətində həyata keçirilən sistemli elmi-tədqiqat fəaliyyətinin, tədris prosesinin müasirləşdirilməsi istiqamətində görülən işlərin və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının məntiqi nəticəsi kimi qiymətləndirilir.

“QS World University Rankings by Subject” üzrə reytinqlər akademik reputasiya, işəgötürənlərin rəyləri, elmi istinadların sayı və h-indeksi kimi əsas göstəricilər əsasında formalaşdırılır. AzTU-nun bu reytinqdə yer alması universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artdığını və rəqabət qabiliyyətinin yüksəldiyini təsdiq edir.

AzTU-da prioritet istiqamətlər üzrə — süni intellekt, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi və böyük verilənlərin analitikası sahələrində kadr hazırlığının gücləndirilməsi, elmi-tədqiqatların genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Beynəlxalq səviyyədə əldə olunan bu nəticə AzTU-nun strateji inkişafının düzgün müəyyənləşdirildiyini göstərməklə yanaşı, beynəlxalq akademik mühitdə mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha nümayiş etdirir.

Musavat.com

Chosen
9
5
musavat.com

10Sources