EN

Türkiyədə 4.3 maqnitudalı zəlzələ olub

Türkiyənin Elazığ vilayətində 4.3 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 10:37 (Bakı vaxtı 11:37) radələrində baş verən yeraltı təkanın ocağı 11.33 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Chosen
29
11
ikisahil.az

10Sources