İsrail rəsmisi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin Bəndər-Abbas şəhərində endirilən zərbə nəticəsində öldürüldüyünü iddia edib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatlı mənbələrin sözlərinə görə, Təngsiri Hörmüz boğazının bağlanmasına cavabdeh şəxs olub.
Məlumata görə, hadisə ilə bağlı İran tərəfi və İsrail ordusu hələlik rəsmi açıqlama verməyib.