EN

Dəniz kənarında kütləvi quş ölümü - SƏBƏB NƏDİR?

Lənkəranda dəniz qarabatdaqlarının kütləvi ölümü qeydə alınıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu hal əsasən şəhərin "Kiçik bazar" adlanan ərazisində diqqət çəkib.

Ölü köçəri quşlar sahil boyu müxtəlif nöqtələrdə, xüsusilə iri qayaların arasında aşkar olunub.

Sakinlərin dediyinə görə, onlar indiyə qədər belə geniş miqyaslı quş tələfatı ilə rastlaşmayıblar.

Mütəxəssislər hesab edir ki, balıqla qidalanan bu quşların kütləvi şəkildə ölməsi bir neçə səbəbdən qaynaqlana bilər. Bu səbəblər arasında qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və virus mənşəli xəstəliklər göstərilir.

Qarabatdaqların ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün isə müvafiq qurumların araşdırma aparmasının vacibliyi vurğulanır.

Chosen
26
6
day.az

7Sources