Avropa Komissiyasının müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius Körfəzdə başlayan İran-ABŞ müharibəsinin Qərbin hərbi arsenalını sürətlə tükətdiyini və cəmi 5 gün ərzində ABŞ-ın bir illik istehsal normasından çox "Patriot" raketi sərf etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Kubilius müasir hərbi münaqişələrin intensivliyinin Qərbin istehsal gücünü bir neçə dəfə üstələdiyini, cəmi beş günlük döyüşlər zamanı ABŞ və müttəfiqlərinin 800 ədəd "Patriot" raketi atdığını bildirib.
Bu rəqəm ABŞ-ın hazırkı illik istehsal gücü olan 750 vahiddən çoxdur və Pentaqonun raket ehtiyatlarında kritik boşluqların yaranmasına səbəb olub. Avrokomissar vurğulayıb ki, bu cür sürətli istehlak Avropanın müdafiə potensialının təcili artırılmasını və silah ehtiyatlarına yenidən baxılmasını qaçılmaz edir.
"The Economist" və digər aparıcı hərbi nəşrlər də xəbərdarlıq edirlər ki, əgər istehsalat zənciri bu tempə uyğunlaşmasa, ABŞ-ın digər regionlarda, xüsusən də Sakit okeanda çəkindirmə gücü tamamilə sıfıra enə bilər.
Hazırda AÄŸ Evin hÉ™rbi sÉ™naye kompleksinÉ™ É™lavÉ™ 200 milyard dollar vÉ™sait ayırmaq planı da mÉ™hz bu "raket qıtlığı"nı aradan qaldırmaq mÉ™qsÉ™di daşıyır.Â
Qeyd olunur ki, İranın kütləvi raket hücumları Qərbin hava hücumundan müdafiə strategiyasını iflic edib və bu vəziyyət Vaşinqtonu may ayına qədər müharibəni dayandırmaq üçün daha kəskin addımlar atmağa məcbur edir.
Musavat.com