EN

Sahibə Qafarova: Azərbaycan ilə Çin arasında münasibətlər yeni səviyyəyə yüksəlib

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunun İllik Konfransında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker Sahibə Qafarova çıxışında ilk olaraq, Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə 25 ildən artıq müddətdə Forum öz dəyərini sübut edib, liderlərin və ekspertlərin bir araya gələrək praktik həll yolları irəli sürdüyü, davamlı inkişafı təşviq etdiyi və beynəlxalq əməkdaşlığı gücləndirdiyi bir məkan kimi tanınıb.

Milli Məclisin sədri çıxışında, həmçinin müasir beynəlxalq arenada Çinin artan roluna diqqət çəkərək deyib ki, Çin bu günün beynəlxalq münasibətlər sistemində mühüm və konstruktiv rol oynayır.

Azərbaycan və Çin münasibətlərindən də danışan Milli Məclisin sədri deyib ki, ortaq baxışlar ölkələri bir-birinə yaxınlaşdırır. Onun sözlərinə görə gələn il - Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın qlobal təşəbbüsləri barədə tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fəal şəkildə Qlobal Cənubun maraqlarını təşviq edib və Hərəkatın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlıq vasitəsilə ümumi məqsədlərə nail olmaq üçün mühüm platforma təqdim edir.

Chosen
33
1
azerbaijan-news.az

2Sources