EN

Rusiyada universal zirehli mühəndis maşını mühəndis qoşunlarının silahlanmasına qəbul edilib

“Uralvaqonzavod” (UVZ) konserninin istehsalı olan universal zirehli mühəndis maşını (UBİM) Rusiya Ordusunda mühəndis qoşunlarının silahlanmasına qəbul edilib.

“Poliqon” Rostex Dövlət Korporasiyasına istinadən xəbər verir ki, UVZ tərəfindən hazırlanaraq istehsal edilən UBİM-in analoqu yoxdur.

Belə ki, bu maşın eyni anda zirehli təmir-təxliyə maşını, keçid açma texnikası və zirehli mina təmizləmə vasitəsinin funksiyalarını özündə birləşdirir.

UBİM qoşunların irəliləməsini təmin etməklə yanaşı, düşmən atəşi altında müxtəlif mühəndis işlərini yerinə yetirə bilir. O, kolonların hərəkəti üçün yollar salır, çay və dərələrin sahillərində giriş-çıxışlar təşkil edir, həmçinin yolların təmizlənməsini həyata keçirir. Bundan əlavə, maşın dağıntılar arasında keçidlər açır, xəndəkləri doldurur, ağacları aşır və yol örtüyü döşəyir.

UBİM buldozer avadanlığı, zədələnmiş döyüş texnikasının təxliyəsi üçün lebyodkalar və mina-partlayıcı maneələrin dəf edilməsi vasitələri ilə təchiz olunub.

T-90M tankının bazasında hazırlanmış bu texnika 1130 at gücündə mühərrik hesabına yüksək dinamik göstəricilərə malikdir və modul zireh qorunmasına sahibdir. Onun hazırlanması zamanı müxtəlif münaqişələrdə xüsusi texnikanın tətbiqi təcrübəsi nəzərə alınıb.

Chosen
63
poliqon.az

1Sources