Rusiyada Azərbaycan "Coca-Cola"sı adı ilə saxta "Coca-Cola" istehsal edən müəssisə aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 38000 ədəd iki litrlik "Coca-Cola" müsadirə edilib.
Qablaşdırılmış saxta "Cola"ların üzərində onların Gürcüstan, Azərbaycan və Belarusda istehsal olunduğu qeyd olunub.
Bizim.Media