EN

Əhmədlidəki işıqfor problemi həllini tapdı – YENİLƏNİB

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində işıqforda yaranan texniki problem həll edilib.

Bu barədə “Cebheinfo.az”ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

"Bundan əlavə, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

Bununla yanaşı, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar "Yol hərəkəti haqqında" Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər", - açıqlamada qeyd edilib.

“Cebheinfo.az”ın məlumatına görə, yolayrıcında yerləşən işıqfor sürücülər üçün çaşqınlıq yarada və yol hərəkətində təhlükə formalaşdıra bilər.

Chosen
20
cebheinfo.az

1Sources