Metbuat.az xəbər verir ki, valideynləri ilə birlikdə Prezident Sarayında olan məktəbli ölkə başçısı ilə səmimi söhbət edib. "Hörmətli prezidentimiz mənə xərclik verdi", - Lina jurnalistlərlə söhbətində belə deyib. Lina Şaka dövlət başçısı ilə etdiyi söhbətin təfərrüatını açıqlayıb:"Prezidentimizə dedim ki, aprelin 23-də iş otağınıza gəlib sizin kreslonuzda oturmağıma icazə verirsiniz? Dedi ki, sən dünyada birinci olmusan. O kürsüdə oturmağa haqqın çatır. Əlbəttə, istədiyin vaxt gəlib əyləşə bilərsən".Lina Şaka riyaziyyatı çox sevsə də, hüquqşünas olmaq istədiyini deyib:
“Ən böyük arzum gələcəkdə Nobel mükafatı almaqdır".