10 yaşlı bir qız Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) Plutonun planet statusunu bərpa etməsini istəyib.
Publika.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Məlumata görə, 10 yaşlı Kaela əl yazısı ilə yazılmış məktubunda hazırda cırtdan planet kimi təsnif edilən səma cisminin statusunun bərpa olunmasına layiq olduğunu vurğulayıb.
"[Pluton]... əsl planet olmağa layiqdir. Bu, bir çox insanı xoşbəxt edə bilər", - deyə o bildirib.