EN

Cibxərcliyi ilə yaşayan kişilər: Yaponiyada qeyri adi ənənə

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Yaponiyada bir çox ailədə ənənəvi maliyyə bölgüsü hələ də davam edir. Belə ki, kişilər qazandıqları maaşı həyat yoldaşlarına təhvil verir, evin bütün xərcləri, kommunal ödənişlər, uşaqların təhsili və yığımlar tam şəkildə qadınların nəzarətində olur.

Ölkə.az xəbər verir ki, Yaponiya Maliyyə Savadlılığı Komitəsinin (Shiruporuto) araşdırmasına görə, ölkədə modernləşmə və işləyən qadınların sayının artmasına baxmayaraq, bu ənənə hələ də geniş yayılıb. Kişilərə isə gündəlik xərclər üçün müəyyən məbləğdə cibxərcliyi verilir.

Onlar bu pulu nahar, işdən sonra dostlarla görüş və şəxsi hobbilər üçün xərcləyir, pul bitdikdə isə ayın sonuna qədər qənaətlə yaşamalı olurlar.

Bu sistem Yaponiyada ailə daxilində maliyyə rollarının necə formalaşdığını göstərən maraqlı nümunə kimi diqqət çəkir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
olke.az

2Sources