EN

“Qarabağ”dan növbəti transfer hədəfi: Jali Mouaddib gündəmdə

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Omoniya”nın futbolçusu Jali Mouaddib “Qarabağ”la danışıqları yekunlaşdırmaq üzrədir.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

25 yaşlı sol vinger Azərbaycan klubuna keçməyə çox yaxındır. Mərakeş əsilli fransalı oyunçunun “Qarabağ”la ilkin razılığa gəlməsi Kiprin böyük klublarını da hərəkətə gətirib. Belə ki, klublar daxili birincilikdə çıxış edən digər güclü futbolçuları əldən buraxmamaq üçün onlara transfer təklifləri göndərirlər.

Jali Mouaddibin “Omoniya” ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, oyunçu iyunda “Qarabağ”a azad agent kimi keçə biləcək.

O, 2019-cu ildə Fransanın U-19 millisinin formasını geyinib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
7
icma.az

8Sources