ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 26 mart, AZƏRTAC
"Los-Anceles Leykers"in basketbolçusu Luka Donçiç altıqat NBA çempionu, əfsanəvi Maykl Cordanın rekordunu təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, sloveniyalı hücumçu bu uğura Milli Basketbol Assosiasiyasının son turunun "İndiana Peysers"lə oyununda (137:130) 46 xal toplamaqla imza atıb.
Donçiç son 6 səfər matçında orta hesabla 40 xalla oynayıb ki, bununla da Maykl Cordanın 1986-cı ildəki nailiyyətinə çatıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.