Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Real Madrid"in və Fransa millisinin ulduzu Kilian Mbappe Neymarı qarşıdan gələn dünya çempionatında görmək istədiyini etiraf edib və onun iştirakını turnir üçün fundamental olaraq vacib sayıb.
Fanat.Az xəbər verir ki, "Madrid Universal" hücumçunun dediklərini belə təqdim edib:
"Dünya çempionatına ənənəvi olaraq ən yaxşılar cəlb edilir. Neymar da müasir futbolun aparıcı simalarından biridir. Keçmiş məşqçim Karlo Ançelottinin qərarlarını mübahisə mövzusuna çevirmək niyyətində deyiləm, lakin Neymarın 2026-cı il turnirinə lazımi şəkildə hazırlaşa biləcəyinə əminəm".
"Santos"un 34 yaşlı hücumçusu Braziliya millisinin qarşıdakı yoldaşlıq oyunlar üçün heyətinə daxil edilməyib. Ona görə də baş məşqçi Karlo Ançelottinin ulduz hücumçunu mundiala aparıb-aparmayacağı sirr olaraq qalır.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.