EN

AFFA hakimi söyən futbolçuya ağır cəza verdi

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA İntizam Komitəsi 2-ci Liqadakı qayda pozuntularına hüquqi qiymət verib.

Fanat.Az-ın məlumatına görə, komitənin son iclasında aşağıdakı qərarlar qəbul edilib:

“Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilib.

“Araz Saatlı” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.

“Araz Saatlı” – “Quba” oyununun 85-ci dəqiqəsində “Quba” komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Quba” komandası 300 manat cərimə edilib.

“Şirvan” – “Sheki City” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şirvan” komandası 300 manat cərimə edilib.

“Şirvan” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilib.

“Kür-Araz” – “Qaradağ Lökbatan” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Kür-Araz” – “Qaradağ Lökbatan” oyununun 77-ci dəqiqəsində “Kür-Araz” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.

“Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində “Şəmkir” komandasının 7 nömrəli futbolçusu İbrahim Camalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəmkir” komandası 50 manat cərimə edilib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
17
fanat.az

10Sources