EN

Tomas Praynl: Şəhər və kəndlərin, yolların yenidən qurulması çox təsirlidir

Mən dünyanın bir çox ölkəsində olmuşam. İndi “NomadMania” nümayəndə heyəti ilə Azərbaycandayam və burada görülən işlərdən çox təsirləndim.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Almaniyadan olan səyyah Tomas Praynl söyləyib.

“Dünyada baş verən hadisələrə marağım var. Sadəcə məlumatı daha çox insanlarla ünsiyyətdən və şəxsi təcrübədən əldə etməyə üstünlük verirəm. Ermənistan-Azərbaycan münaqişəsi barədə eşitmişəm, amma yaxından izləməmişəm. Həqiqəti bilmək üçün isə insanın o yerə gedib hər şeyi öz gözləri ilə görməsi daha doğrudur. Keçən ilin iyulunda burada olmuşam və bu, televiziyada gördüklərimdən daha təsirli idi. Bərpa işləri ən çox diqqətimi çəkən məqam oldu. Hələ də dağıntılar var, amma şəhər və kəndlərin, yolların yenidən qurulması çox təsirlidir. Burada olmaqdan olmaqdan çox məmnunam”, - deyə alman səyyah bildirib.

Chosen
5
4
ikisahil.az

5Sources