EN

Asiya kubokunun püşkatma mərasimi təxirə salındı

style='margin-bottom:10px;'>

Asiya kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Tədbirin aprelin 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması nəzərdə tutulurdu. Lakin Yaxın Şərqdəki müharibələr və təhlükəsizlik səbəbindən püşkatma hələlik təxirə salınıb. Püşkatmanın nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, turnirin 2027-ci il 7 yanvar - 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Xatırladaq ki, daha əvvəl Yaxın Şərqdəki gərginliyə görə Asiya Çempionlar Liqasının matçları da təxirə salınıb.

Chosen
19
2
teleqraf.com

6Sources