EN

Avstraliyada yanacaq böhranı dərinləşir

Avstraliya Baş naziri Entoni Albanese, ölkədə artan yanacaq qiymətləri, ehtiyat çatışmazlığı narahatlıqları və istehlakçı tələbi kimi məsələləri müzakirə etmək üçün kabineti ikinci dəfə təcili toplamaq qərarı alıb.

"Cebheinfo.az" xəbər verir ki, "ABC News"un  məlumatına görə, Avstraliya hökuməti ölkə daxilində təxminən 470 yanacaqdoldurma məntəqəsində ən azı bir növ yanacağın tükəndiyini təsdiqləyib.

Avstraliyanın energetika naziri Kris Bolen bildirib ki, hökumətin yanacaq qıtlığını aradan qaldırmaq üçün bəzi variantları var, lakin hələlik bunlara ehtiyac duymurlar.

Baş nazir Albanese isə artan yanacaq qiymətləri, ehtiyat çatışmazlığı və istehlakçı tələbləri kimi mövzuları müzakirə etmək üçün ikinci dəfə təcili kabinet iclası keçirəcəyini açıqlayıb.

Avstraliyada artan yanacaq qiymətləri bəzi sektorlara və istehlakçıların gündəlik həyatına mənfi təsir göstərməyə davam edərkən, bir çox ştatın baş naziri federal hökumətdən yanacaq tədarükü ilə bağlı milli səviyyədə koordinasiya tələb edir.Lakin Baş nazir Albanese yanacaq paylanmasının hər ştatın öz öhdəliyində olduğunu bildirir.

Digər tərəfdən, "Sky News"un xəbərinə görə, Müstəqil Araşdırmalar Mərkəzinin Enerji Araşdırmaları direktoru Eydan Morrison verdiyi açıqlamada Avstraliyanın aprel ayının ortalarında ciddi yanacaq çatışmazlığı ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ölkədəki yanacaq narahatlıqları səbəbindən 13 martda təcili vəziyyət ehtiyatından 6 günlük neft və 5 günlük dizel rezervləri istifadəyə verilmişdi.

Chosen
37
cebheinfo.az

1Sources