EN

Azərbaycan - Sent Lüsiya oyunu üçün satılan biletlərin sayı bəllidi - niyə belə az?!

Millimiz sabah "FİFA Series - 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiyanı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19.00-da başlayacaq.

Bu arada matç üçün satılan biletlərin sayı məlum olub. Bu barədə "Football-plus.az"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib. Onun sözlərinə görə, hələ ki, oyuna cəmi 3 min bilet satılıb.

Maraq üçün qeyd edək ki, görüşün olacağı stadion 9502 tamaşaçı tutumuna malikdi.

Onu da bildirək ki, bilet satışı "iticket.az" saytı vasitəsi ilə həyata keçirilir.

KƏNAN BAHADIR

Chosen
69
1
football-plus.az

2Sources